Fuad Oktay: “Ermənistan Azərbaycan torpaqlarında işğalçıdır”

Siyasət

Türkiyə prezident köməkçisi Fuad Oktay “Kriter” jurnalına verdiyi müsahibədə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə münasibət bildirib:

“Ermənistan Azərbaycan torpaqlarında işğalçıdır. Ermənistan bir daha dünyaya bu bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu göstərdi”.

Oktay 27 sentyabrda Azərbaycan torpaqlarına başlayan hücumların Ermənistanın Tovuzda qurduğu təxribatların davamı olduğuna diqqət çəkib:

“Ermənistanın artan təxribatları və Azərbaycan ərazilərinə hücumları Azərbaycanın səbrini tükədib və beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadəyə məcbur edib.

Azərbaycan bu əməliyyatı öz ölkəsinin beynəlxalq müqavilələrlə tanınan sərhədləri daxilində, yəni öz ərazisində, xalqını qorumaq, ərazi bütövlüyünü, sülh və sabitliyi təmin etmək üçün həyata keçirir”.

O, qeyd edib ki, Azərbaycana verdiyimiz dəstəyi beynəlxalq hüquq və ədalətin Azərbaycanın tərəfində olduğu bu dövrdə tarixi qardaşlıq əlaqələrimizdən gələn bir məsuliyyət olaraq görürük: 

“Eyni zamanda, 28 ildir erməni işğalından əziyyət çəkən qardaşlarımızın yanında olmağı vicdan borcu hesab edirik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir