Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb – FOTO

Siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər.

Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.

Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb:

“Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir