Ermənistan tərəfi yalan və dezinformasiya əsasında propoqanda həyata keçirməkdədir.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan onların yalanlarını effektiv şəkildə ifşa edib:
“Ermənistan üçün bu çox böyük rüsvayçılıq oldu. Onlar iddia edirdilər ki, guya Ermənistan ərazisindən qalxan “Su-25” tipli döyüş təyyarəsi hansısa gözəgörünməz “F-16” təyyarəsi tərəfindən vurulub. Lakin, Azərbaycan tərəfi dərhal bununla bağlı məlumat verdi və bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Arsenalında “F-16” yoxdur və ölkəmizdə bu texnologiyadan istifadə olunmur.
Azərbaycanın əldə etdiyi məlumatlar sübut etdi ki, Ermənistanın ərazisindən iki ədəd “Su-25” tipli təyyarə qalxıb və Azərbaycan ərazisinə doğru hücum həyata keçirmək istəyirdi. Amma qeyri-peşəkarlıq nəticəsində havada toqquşub partlayıb. Ancaq Ermənistanın hərbi rəhbərliyi bu faktları öz xalqından gizlədir. Onlar yalnız saxta propoqanda və dezinformasiya ilə məşğuldurlar”.
Könül Cəfərli