“Fransa ilə bağlı parlament adından bəyanat verməyimizi təklif edirəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, bəyanatda Prezident Makronun Azərbaycanın şəhid ailələrindən, əsgərlərindən üzr istəməsi tələb olunmalıdır:
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz mandatını artıq itirib. Biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra heç ATƏT-in Minsk Qrupuna ehtiyacımız qalmayacaq”.