İranın Bakıdakı səfirliyi ermənilərin mülki obyektlərə və vətəndaşlara qarşı törətdiyi hücumları pisləyib

Siyasət

Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf şəhərdə Azərbaycan və Ermənistan tərəfləri arasında yeni toqquşma dalğası başlayan gündən etibarən çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib. Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə, oktyabr ayının 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülkü obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub.

İran səfirliyindən verilən məlumata görə, bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, İnsan hüquqları və humanist Beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır:

“Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Sonda həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir