Hikmət Hacıyev: “Ermənistan hərbi və mülki insanlar arasında aydın şəkildə fərqləndirmə aparılmalıdır”

Siyasət

Ermənilər raketlərdən Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində ölən və yaralananlar olub.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistanın mülki obyektləri hədəfə almaqda məqsədi düşünülmüş strategiyanın tərkib hissəsidir:

“Son günlər qorxaq, xain Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşi nəticəsində Azərbaycanın müxtəlif şəhərlərinə və yaşayış məntəqələrinə 10 mindən artıq mərmilər atılıb. Hərbi əməliyyatların gedişində beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına əsasən, hərbi və mülki obyektlər, hərbi və mülki insanlar arasında aydın şəkildə fərqləndirmə aparılmalıdır. Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi hər hansı sivil dəyər və etik qaydalardan kənar olaraq, bu fərqlərə yol vermədən kütləvi şəkildə Azərbaycanın şəhərlərini bombalamaq siyasətini həyata keçirir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir