MN: “Ermənistan 60-70 yaşı olan qocaları döyüşə göndərir”

Siyasət

Canlı qüvvə və döyüş texnikası baxımından xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri 60-70 yaşlarındakı qocaları da döyüşə göndərir. Qadınların ardınca ahıl yaşlarında olanları döyüşə göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.  

Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.

O qeyd edib ki, ötən müddət ərzində bir neçə yaşayış məntəqələrimiz düşmənin artilleriya atəşinə məruz qalıb:

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Tərtərin bir sıra yaşayış məntəqələri, o cümlədən, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara və Hüsənli, Ağdam rayonunun Quzanlı, Əlibəyli, Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı və Təzəkənd, Füzuli rayonunun Horadiz, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi intensiv olaraq raket və artilleriya atəşinə tutulub.

Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı adekvat tədbirlər görülür. 

Düşmənin guya Gəncədəki hərbi obyektləri vurması barədə yaydığı xəbərlər yalandır və təxribat xarakteri daşıyır”.

Sonda A. Eyvazov Azərbaycan Respublikası Müdafiə naziri, general-palkovnik Zakir Həsənovun bəyanatını diqqətə çatdırıb: 

“Ermənistan ərazisində Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir. Qələbə bizimlərdir!” – deyə, bəyanatda qeyd olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir