Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı hazlrda Qarabağda gedən döyüşlər zamanı əsir götürülən şəxslərin taleyinə aydınlıq gətirib.
Oxu.Az-ın müxbirinin məlumatına görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsir götürülən şəxslərə münasibətdə davranış Cenevrə Konvensiyasına uyğun şəkildə edilir:
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təxribatından sonra əks hücuma başlayan Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, müharibə zamanı əsir düşən hər bir erməni əsgər və zabitlərə Cenevrə konvensiyasına uyğun olaraq davranış səgilənəcək”.
“Biz hər zaman öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq”, – aparat rəhbəri əlavə edib.
O eyni zamanda qeyd edib ki, ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək”.
İhamə Əbülfət