Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatları və Vətənimizdə baş verən son hadisələr barədə ətraflı məlumatlar verməyə çalışırlar.
Niderlanddakı “Life24” internet kanalının “Hollanda gündəmi” proqramına telefonla qoşulan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildiriblər ki, işğalçı Ermənistanın 27 sentyabr tarixli hücumu sülhsevər Azərbaycan dövlətinin və xalqının səbrini daşırdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ermənilərə layiqli cavab verən Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməyə başlaması xəbərindən ruhlanan diasporumuz bu dönəmdə informasiya müharibəsində ermənilərin təxribatlarının qarşısını almağa, Azərbaycandakı hadisələrlə bağlı dürüst və səhih məlumatların dərc olunmasına, Niderlandda Vətənimizlə bağlı ədalətli ictimai rəyin yaranmasına çalışdığını qeyd ediblər.
Proqramı bu linkdən izləmək olar: