ABŞ-ın Azərbaycana qarşı 902-ci düzəlişi qəbul etdiyi vaxt Azərbaycan bir neçə kəndi işğaldan azad etmişdi. İndi də ABŞ konqresmenləri tərəfindən eyni addım atılır. 1165 saylı qətnamə də buna görə gündəmə gəlib.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O təklif edib ki, parlament adından ABŞ Konqresinə, senatına müraciət olunsun:
“Erməni tərəfi bu gün bizi təxribata cəlb etməyə çalışır. Bununla da KTMT-nin də bu münaqişəyə qoşulmasına şərait yaratmaq istəyir. Biz parlament adından da KTMT-yə üzv olan ölkələrə də müraciət etməliyik”.