“Jakie Spairin müəllifi olduğu qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda olan qondarma rejim Mingəçevirdəki Su Elektrik Stansiyasını, eyni zamanda, enerji əhəmiyyətinə malik olan TAP, TANAP layihələrinin keçdiyi rayonları vuracaqlarını iddia edir:
“Hesab edirəm ki, bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir. Buna görə də digər ölkələr də bu prosesdə aktiv iştirak etsinlər. Azərbaycan vətəndaşları ilə birlikdə bu qətnamənin qəbul olunmasının qarşısını alsınlar”.