Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda baş verənləri faciə adlandıraraq, bundan narahat olduğunu bildirib.
“Rossiya-24” telekanalı V.Putinin jurnalist Pavel Zarubinə bu barədə açıqlamasını yayımlayıb.
Rusiya liderinin sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişənin yekun həllinə hələ çox var.
O qeyd edib ki, Ermənistan rəhbərliyinin müttəfiq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Rusiyaya sualları yoxdur.