Füzulinin Alxanlı kənd sakini: “Düşmənlər bizi atəş səsləri ilə qorxuda bilməz” – FOTO/VİDEO

Siyasət

Ermənistan silahlı qüvvələri Füzulinin Alxanlı kəndini intensiv atəşə tutmağa davam edir.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, intensiv atəşə tutulan Alxanlı kəndində sakinlər düşməndən qorxmur.

Alxanlı kənd sakini İlham İsrafilov deyir ki, düşmənlər bizi atəş səsləri ilə qorxuda bilməz:

“Gördüyünüz kimi kənd camaatı öz evlərindədir. Hər şey qaydasındadır. Atəş səslərini siz də eşidirsiniz. Lakin biz buna çoxdan öyrəşmişik. Biz Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna güvənirik”.

Rauf Nəsirov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir