Düşməndən Tərtər-Ağdərə istiqamətində əldə edilən növbəti qənimətlər – FOTO/VİDEO

Siyasət

Azərbaycan ordusu cəbhənin Tərtər-Ağdərə istiqamətində növbəti dəfə ermənilərdən qənimətlər əldə edib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əldə edilən qənimətlər arasında hərbi texnika və ən maraqlısı isə Yaponiya istehsalı olan iki ədəd “Nissan Navara” markalı “pickup” tipli avtomobillər var.

Bununla yanaşı bir ədəd yanğınsöndürən maşın və UAZ markalı avtomobil də qənimətlər arasındadır.

Onu da qeyd edək ki, bu, Azərbaycan ordusunun düşməndən Qarabağ cəbhəsində Tərtər-Ağdərə istiqamətində əldə etdiyi ilk qənimət deyil. Daha əvvəl də ordumuz düşmənə məxsus qənimətlər əldə ediblər.

Fərdin İsazadə
Ramil Zeynalov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir