Vladimir Putin Moskvaya gələcək Ermənistan XİN başçısı ilə görüşməyəcək

Siyasət

Rusiya, Azərbaycan və Ermənistan başçıları – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüşü planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Hazırda belə bir görüşdən söhbət getmir”, – o, deyib.

Eyni zamanda, onun sözlərinə görə, Putinin 12 oktyabrda Rusiyaya səfər edəcək Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyanla da görüşü planlaşdırılmır:

“Hazırda belə bir şey yoxdur”.

O, qeyd edib ki, erməni nazir rusiyalı həmkarı ilə (Sergey Lavrovla) danışıqlar aparacaq.

Peskovun sözlərinə görə, Putin mütəmadi olaraq Paşinyanla telefon danışıqları aparır, “bu dialoq davanm edəcək”.

Peskov Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün siyasi səylərin davam etdirildiyini bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir