Şükürbəyli kənd sakini: “Ermənilər Azərbaycan torpaqlarını yadlarından çıxarsınlar” – VİDEO

Siyasət

Füzuli rayonunun Şükürbəyli kəndi yenidən düşmən tərəfindən intensiv atəşə tutulub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, atəş nəticəsində daha bir neçə yaşayış evinə ziyan dəyib. Zərərçəkən kənd sakinləri isə hər şeyin yaxşı olacağını deyirlər.

Evinə ciddi ziyan dəyən Şükürbəyli kənd sakini Hüseynov Amil deyir ki, ermənilər mülki obyektləri, yaşayış evlərini hədəfə alırlar:

“Qonşuluqdakı evlərə də ziyan dəyib. Hamısını görürsünüz. Evlərimiz yararsız vəziyyətə düşsə də heç birimiz qorxmuruq. Kəndimiz intensiv olaraq atəşə tutulur, amma sakinlər kəndi qətiyyən tərk etmirlər. Erməni kimdir ki, biz ondan qorxaq? Allah bizim ordumuzu qorusun, biz onlara inanırıq”.

Digər kənd sakini Müşfiq Şükürbəyli isə deyir ki, ermənilər Azərbaycan torpaqlarını yadlarından çıxarsınlar:

“Biz heç vaxt öz torpaqlarımızdan getməyəcəyik. Necə ki, bu torpaqlar, Azərbaycan bizimdir, eləcə də Qarabağ da bizimdir. Bundan sonra geri çəkilmək yoxdur. Erməni düşünməsin ki, biz geri qayıdacağıq. Kəndimizdəyik, torpaqlarımızdayıq”.

Rauf Nəsirov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir