Ceyhun Bayramov: “Həmsədr ölkələr arasında hər hansı dəyişiklik nəzərdə tutulmayıb”

Siyasət

“Danışıqlar prosesində həmsədrlərin də səlahiyyətləri müəyyən edilib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov deyib ki, hazırda həmsədr ölkələr arasında hər hansı dəyişiklik nəzərdə tutulmayıb:

“Bütün həmsədr ölkələri ilə sıx işləməliyik. Eyni zamanda biz onu da qeyd edək ki, bəzi həmsədr ölkələrlə bağlı biz məlumat vermişdik. Misal olaraq, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Hesab edirik ki, bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Bu məsələdə israrlı olmalıyıq, ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.

C.Bayramov Rusiyanın Azərbaycanın qonşu ölkəsi olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın olduğunu vurğulayıb:

“Son 10 gündən artıq müddət ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış yanaşmanın şahidi olduq. Neytral mövqe qorunub saxlandı. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, hər iki tərəflə qonşuluq münasibəti var. Rusiya münaqişənin qısa müddətdə dayandırılmasına çağırışlar edir və biz bunu təbii qəbul edirik”.

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir