XİN rəhbəri: “Status-kvonun süni şəkildə qorunub saxlanması yalnız təhlükə vəd edir”

Siyasət

İmzalanan sənəddə qeyd olunub ki, baza prinsipləri əsasında tərəflər danışıqlara başlamalıdır və ən qısa zamanda bu danışıqlar siyasi müstəvidə prosesin həllinə yönəlməlidir.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin danışıqlar prosesinin yenidən uzun illər davam edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.

“Hər kəs gördü ki Azərbaycan uzun illər ərzində gözləməyə niyyətli deyil. Azərbaycan hər zaman deyib ki, məsələnin siyasi yolla həllinin tərəfdarıdır. Ancaq hərbi yolla da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və bu hüquqdan hər zaman istifadə edə bilər. Hadisələrin gedişatı yaxın zamanda göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək.

Azərbaycan öz qanuni hüquqlarını, öz ərazi bütövlüyünü bərpa etmək gücünə malikdir. Düşünürəm ki, Azərbaycan xalqının əzmi bu istiqamətdə yüksəkdir. Hər kəs gördü və son hadisələr də göstərdi ki, uzun illər davam edən Azərbaycan xalqının səbr kasası dolub-daşıb. Eləcə də status-kvonun süni şəkildə qorunub saxlanması təhlükədən başqa heç nə vəd etmir” – deyə nazir qeyd edib.

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir