Ceyhun Bayramovdan status-kvo ilə bağlı VACİB AÇIQLAMA

Siyasət

“Ermənistan müxtəlif sahələrdə ağır zərbələr alır. Xarici İşlər Nazirliyi olaraq biz əlimizdən gələni edirik ki, Ermənistan diplomatik sahədə də zərbə alsın”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, ötən gün Qoşulmama Hərəkatı Təşkilatının nazirlər konfransının bəyanatı qəbul edilib:

“Bilirsiniz ki, bu təşkilat BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Bu bəyanatda Ermənistanın Azərbaycana qarşı olan təxribatı, Azərbaycanın suverenliyi növbəti dəfə dəstəkləndi və tanındı. Hesab edirik ki, bu, özlüyündə də işğalçıya yaxşı bir mesajdır”.

C.Bayramov onu da qeyd edib ki, Moskva səfərindən bir gün öncə Cenevrədə həmsədrlərlə görüş olub:

“Biz uzun illər ərzində qeyd etmişik ki, status-kvo bu regionda sülhə və tərəqqiyə təhdiddir. Bunun saxlanılması mümkün deyil və dəyişdirilməlidir. Baxmayaraq ki, həmsədr ölkələr də bu fikri səsləndirirdilər.

Lakin biz düşünürük ki, Ermənistana bu istiqamətdə kifayət qədər təzyiq edilməyib. Amma bütün hallarda hər kəs başa düşdü ki, Azərbaycan bunu qəbul etməyəcək.

Hesab edirik ki, bu vəziyyətin dəyişməsi üçün lazımi tədbirlər görüləcək. Belə olmadığı təqdirdə münaqişə öz həllini tapmadıqda, Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Son onilliklər bunu açıq-aydın sübut edib.

Bu gün bizim qarşımızda kifayət qədər böyük məqsədlər durur. Onlara çatmaq üçün düşünülmüş addımlar atmalıyıq”.

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir