“Bu dəqiqə biz bütün mümkün şərtləri dəyərləndirməyə çalışırıq. Azərbaycan hələ ki, humanitar atəşkəs rejimi ilə bağlı qəbul edilən birgə bəyanatın prinsiplərinə əməl etməyə çalışır”.
Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev onu da əlavə edib ki, bu dəqiqə tərəfimizdən ümumi vəziyyətin dəyərləndirilməsi istiqamətində tədbirlər görülür.