“Humanitar atəşkəsin davamlılığı Ermənistan tərəfinin Moskva danışıqları nəticəsində öz üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə sadiq olacağından asılıdır”.
Bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.
“Humanitar atəşkəs haqqında razılığın əldə edilməsi göstərdi ki, biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər, beynəlxalq aləm bizdən xahiş edir ki, sülhə şans verək, biz bu şansı verməyə hazır idik. Biz Ermənistana sonuncu dəfə şans vemişik, lakin, Ermənistanın sonuncu təxribatları göstərdi ki, onlar bu şansdan bəhrələnmək fikrində deyil. Təbii ki, belə olduğu halda ən kəskin reaksiyanı bu atəşkəsi istəyən tərəflərdən gözləməliyik. Həm həmsədrlər, həm də tərəfdaş ölkələrdən, bu yalnız pislənməməlidir, daha ciddi tədbirlər görülməlidir, hətta Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir ki, onlar öz əməllərindən əl çəksinlər”.