Azərbaycanın Ukraynadakı səfirliyindən vətəndaşlara MÜRACİƏT

Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib.

Həmin müraciətdə deyilir:

Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar səfirlik ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:

– Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;

– Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;

– Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;

– Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;

– Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;

– Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;

– Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);

– Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;

– Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;

– Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;

– Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.

Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:

Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik)

Elektron poçt: [email protected]

Ünvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24

https://www.facebook.com/AzEmbUkraine

Konsulluq şöbəsinin qəbul saatları:

Müraciətlərin qəbulu – 10:00-13:00

Hazır sənədlərin verilməsi: 15:00-17:00

Qeyd: şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq.

Digər məlumat və tövsiyələrdən xəbərdar olmaq üçün səfirliyin feysbuk sosial şəbəkəsində səhifəsinin izlənməsini xahiş edirik.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir