Hikmət Hacıyev:“Ermənistan Gəncədə mülki şəxslərə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”

Siyasət

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düşmənin gecə yarısı Gəncə şəhərini raket hücumuna tutması ilə bağlı məlumatı “Twitter” hesabında paylaşıb. 

Paylaşımda qeyd olunub ki, gecə yarısı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistanın raket hücumuna məruz qalıb:

“3 yaşayış binası dağıdılıb. İndiyə qədər qadınlar da daxil olmaqla yeddi nəfərdən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir