Türkiyə və Rusiya Müdafiə nazirləri Dağlıq Qarabağ məsələsini müzakirə etdilər

Siyasət

Türkiyə Milli Müdafiə naziri (TCMSB) Hülusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Bu barədə TCMSB-nın rəsmi saytında qeyd edilir.

Danışıqlar zamanı müdafiə və təhlükəsizlik məsələləri, Ermənistanın Azərbaycana hücumu müzakirə edilib.

Qeyd olunub ki, türkiyəli nazir Ermənistanın atəşkəs rejimini pozaraq mülki yaşayış məntəqələrinə hücumlara son qoymasının və işğal etdikləri torpaqlardan çıxarılmasının vacibliyini, Azərbaycanın daha 30 il həll yolu gözləyə bilməyəcəyini, Türkiyənin Azərbaycanın öz torpaqlarını geri qaytarmaq uğrunda başlatdığı hərəkatda yanında olduğunu bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir