“Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır”.
“Report” xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsinin mətnində deyilir.
“Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayırlar. Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma üzrə infrastruktur layihələrində işlərində iştirakını yüksək qiymətləndirir”, – bəyannamədə deyilir.
Bundan başqa, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzur və Azərbaycanın Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.
www.RIA24.az