Azərbaycandan informasiya savaşında da düşmənə sarsıdıcı zərbələr: yalanları ifşa edildi – ŞƏRH

Siyasət

Ermənistan tərəfi hər zaman Azərbaycana qarşı təxribatları, terror aktları ilə yadda qalı. Daha bir təxribat isə bu ilin sentyabr ayının 27-dən etibarən başladı. Belə ki, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təxribat xarakterli hücumlar etdi. Onların bu hücumlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Uğurlu əks hücum əməliyyatlarımız nəticəsində 30 ilə yaxındır işğal altında olan bəzi ərazilərimiz Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Bütün bunlar Azərbaycanın döyüş meydanında qazandığı və qazanacağı qələbənin bir hissəsidir.

Bunları yalnız yerli media deyil, xarici mətbuat nümayəndələri də görür və işıqlandırır. Ermənistan isə hər zaman olduğu kimi öz kiçik dünyasında qurduğu xam-xəyalları ilə yalan informasiyalar yaymaqdadır. Lakin, onlar unudur ki, müasir dövrdə istənilən informasiyanın dəqiqləşdirilməsi iki vur ikidir.  

Ermənistanın əvvəlki dövrdə olduğu kimi erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa çalışdı. Öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa cəhd etsə də “iddiaları” bir-bir ifşa olundu.

Erməni lobbisi və xaricdəki havadarlarına güvənərək özü üçün münbit informasiya mühitinin yarada biləcəyini zənn etdi. Lakin bu xülyası da ürəyində qaldı. Çünki, Azərbaycan hələ əks-hücum əməliyyatından münaqişədən əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etdi.

2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi.

Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrində faktlara əsaslanan çıxışları ilə düşmənin yalanlarını ifşa edib. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran İlham Əliyev Azərbaycanın haqlı mövqeyini əsaslı şəkildə bəyan edib.

Ölkə başçısı Rusiyanın RBK televiziya kanalına müsahibəsi zamanı jurnalistin “Azərbaycanın qaytardığı ərazilərlə bağlı vəziyyət necə olacaq, orada indi nə edəcəklər?” cavab olaraq “Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq” deməsi belə erməniləri təlaşlandırmağa kifayət edib.

Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edib.

Belə ki, Prezident İlham Əliyev bundan başqa “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, “Haber Global” , Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.

Xarici media nümayəndələrinin kəskin suallarına tutarlı cavablar verən ölkə başçısı İlham Əliyev bütün hallarda Azərbaycanın milli maraqlarının müdafiəsini ön planda tutub. Azərbaycan prezidentinin məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoyub.

Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya savaşında Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız, həqiqəti əks etdirməyən açıqlamalarına, çıxışlarına, iddialarına layiqli cavablar verib.

Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir. Prezident İlham Əliyev xalqın sözünü və mövqeyini ifadə edib. Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir, ona inanır, güvənir və tam dəstəkləyir.

Elə prezident İlham Əliyevin özünün də dediyini kimi, bizim sözümüz də imzamız qədər keçərlidir.

Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir