Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı baş tutub.
Bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında məlumat verib.
“Mütəmmadi təmasda olduğum dostum İbrahim Kalın ilə telefon danışığından məmnun qaldım. ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqləyib”, – o bildirib.
As we are in regular contact, pleased to have telephone conversation with my good friend Ibrahim Kalın @ikalin1. As OSCE and Minsk Group member and leading regional country we reiterated Turkey’s important role in resolution process of Armenia-Azerbaijan conflict.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 13, 2020