Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər” – MÜSAHİBƏ

Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər. Lakin gözləntilərə baxmayaraq, mətndə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəlinə dair heç bir söz yoxdur. ATƏT-in Minsk qrupu humanitar atəşkəs rejiminə əməl etməklə bağlı zəruri tədbirlər görməyə çağırıb. 

Həmsədrlərin danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimlənmə prosesinin əhəmiyyətli məsələləri üzrə tərəflərlə işlədiklərinə dair cümlə də yer alıb. 

Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov “Media.Az”a verdiyi şərhdə bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağlıq halları yoxdur və onların bəyanatı böyük ölçüdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təşəbbüs göstərilib:

“Fransa və ABŞ Qarabağ probleminin həllində az köməklik göstərirlər, lakin Allaha şükür çox da mane olmurlar. Vasitəçi böyük rol oynayan Rusiya ola bilər”.

– Humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, atəş səsləri eşidilir…

– Burada qeyri-sabit tarazlıq var, bunu belə adlandırardım. Aydındır ki, hərbi üstünlük Azərbaycanın tərəfindədir. Ermənistanda isə öz əks-hücumlarına inanırlar. Ona görə hazırda vəziyyət məhz döyüş meydanında müəyyən edilir. Siyasi intriqa da var. Başa düşdüyümüz qədərilə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təkid etdiyi üzrə Ermənistan silahlı qüvvələrinin ən qısa müddətə çıxarılması və Qarabağ ətrafındakı rayonların təhvil verilməsinə başlamağa dair razılaşmaları imzalamağa meyillənir. Bütün bunlar “Madrid prinsiplərinin” və “Kazan formulasının” əsasında yer alır. Lakin Paşinyan qorxur ki, belə olan halda onu devirəcəklər və ya hətta güllələyəcəklər. Ona Rusiyadan müdafiə təminatları lazımdır. Amma onu qorumaq Rusiyanın nəyinə lazımdır? Nikol Paşinyan Qərbyönümlü, Amerikayönümlü, Rusiyanın düşməni hesab edilir. Odur ki, onu devirsələr, deməli elə də olmalıdır. İndi Moskva və Paşinyan arasında hansısa qapalı danışıqlar baş verə bilər. Bir daha təkrar edirəm: Paşinyan təminatlar istəyir, Moskva ona bunları verməyə hazır deyil. Buna görə də döyüş meydanı kimin qalib gələcəyini bütünlüklə təsdiq etməlidir.

– Axı bir daha qeyd edim ki, formal atəşkəs bağlanıb…

– O, humanitar xarakter daşıyır və sizin doğru olaraq dediyiniz kimi daha çox formaldır. Tərəflər ondan dincəlmək, yenidən qruplaşmaq üçün istifadə edirlər.

– Bəs Türkiyənin rolu barədə nə deyə bilərsiniz? Ermənistanın XİN başçısı onu mənfi adlandırır, Rusiyanın Xarici İşlər naziri isə Ankara ilə məsləhətləşmələrdən və onun Moskva razılaşmalarına dəstək verməsindən danışır. 

– Mənə elə gəlir ki, Türkiyənin rolu Azərbaycanın mövqeyini gücləndirməkdən ibarətdir. Və daha bir mühüm məqam Ankara və boru kəmərləridir (Azərbaycandan Gürcüstana və Türkiyəyə gedən – red.). Ermənistan hazırda neft və qaz kəmərlərinə zərbələr endirmir, çünki Türkiyənin reaksiyasından qorxur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir