“Ukrayna tərəfindən deputat korpusundan da bəziləri daxil olmaqla bir neçə düşüncəsiz adamın yanaşmasından başqa, vəziyyət birmənalı görünür – Azərbaycan işğal olunmuş ərazisini azad etməyə çalışır və ukraynalılar sizin ölkəni tam dəstəkləyirlər”.
Bu barədə ukraynalı siyasi ekspert Sergey Zaporojski Media.Az-a müsahibəsində deyib.
Bununla yanaşı, o qeyd edib ki, dünya birliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə necə həll ediləcəyi barədə müəyyən bir həll yolu təqdim etmədən, atəşin olması ilə bağlı ənənəvi və faydasız narahatlığını, hərbi əməliyyatların dayandırılmasını tələb etdiyini bildirir.
“Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasına gəldikdə, bununla bağlı dəlil toplamaq və dünya birliyinə təqdim etmək lazımdır. Ancaq Donbasdakı altı illik müharibədə Ukrayna təcrübəsini nəzərə alsaq, bu mexanizm çox da işə yaramır. Buna görə hər şeyə son qoymağın yeganə yolu döyüş meydanında qalib gəlməkdir!”, – deyə S.Zaporojski qeyd edib.
Onun fikrincə, indi Dağlıq Qarabağın azad edilməsi üçün ən əlverişli vəziyyət yaranıb:
“Yalnız güclə Ermənistanı otuz il nəticəsiz qalan danışıqlardan sonra konkret danışıqlar masasına oturtmaq və özünün olmadığı torpaqdan çıxmağa məcbur etmək olar. Üstəlik, Rusiya Ermənistana hərbi formada və könüllülərlə kömək etməyəcək, çünki Türkiyə onu saxlayan ciddi amildir”.
İrəvanın Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməyə çalışdığını, KTMT-ni münaqişəyə cəlb etmək istəyini şərh edən ekspert qeyd edib:
“Azərbaycanın belə bir təxribata uyacağına və Rusiyanı getmək istəmədiyi yerə dəvət edəcəyinə ümid bəsləmək axmaqlıqdır”.