ABŞ-ın Dövlət katibi Mayk Pompeo üçüncü ölkələrdən Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməmələrini istəyib.
Rbc.ru-nun məlumatına görə, o, mətbuat konfransı zamanı bu məsələyə toxunub.
Pompeo jurnalistlərdən birinin ABŞ prezidenti Donald Tramp administrasiyasının bölgədəki vəziyyətlə bağlı hansı addımları atdığı barədə sualını cavablandırıb:
“Biz bütün beynəlxalq oyunçulardan vəziyyəti ağırlaşdırmamaq üçün bölgədən uzaq durmalarını xahiş etdik və bunun üzərində işləyirik”.
Pompeo Azərbaycan ordusunun Türkiyə tərəfindən təchiz edilməsindən xəbərdar olduğunu da söyləyib.