“Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.
Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabındakı paylaşımda bildirilib.
“Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir”, – paylaşımda qeyd olunub.
#Azerbaijan supports independence, sovereignty and territorial integrity of #Georgia within its internationally recognized borders. 🇦🇿🇬🇪 enjoy strategic partnership based on the respect and adherence to fundamental principles of international law.@MFAgovge
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 8, 2022
www.RIA24.az