“Caliber”: Ermənistanda Rusiya hərbçilərinə qarşı təxribatlar hazırlanır? – VİDEO

Siyasət

Ermənistanda hökumətin nəzarətində olan media orqanlarında güclü antirusiya kampaniyasına başlanılıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

“Kampaniyanın məqsədi ölkə əhalisinə Rusiyanın olduqca yararsız bir müttəfiqdən işğalçıya çevrilməsini göstərməkdir. Erməni mediasındakı səs-küyə Rusiya hərbçilərinin Mehri-Əkərək yolundakı yeni postu səbəb olub. Buradan keçən Ermənistan dövlət qeydiyyatı nişanlı avtomobillər saxlanılaraq yoxlanılır. Əslində, Zəngəzur dəhlizinin formalaşdırılması çərçivəsində bu tədbir normal qiymətləndirilməlidir. Belə ki, Ermənistan tərəfindən bölgədəki sərhədin təhlükəsizlinə məhz Rusiya sərhədçiləri cavabdehdir”, – deyə videomaterialda bildirilir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir