Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola saldılar.
www.RIA24.az