“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub və artıq bu əməliyyatı ardıcıl olaraq həyata keçirir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistandakı “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru, bu ölkənin tanınmış ictimai xadimi Larisa Alaverdyan söyləyib.
“Azərbaycanlılar Ermənistanın, demək olar ki, bütün rayonlarında yaşayırdılar”, – deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib.
Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq söyləyib:
“Artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb”.
Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala cavab verən icraçı direktor onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını bildirib.
www.RIA24.az