Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.
Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:
Vətəndaş Həmrəyliyi Partiyası
Ana Vətən Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Böyük Quruluş Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Demokratik İslahatlar Partiyası
Vətəndaş Birliyi Partiyası
Milli Cəbhə Partiyası
REAL Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Ədalət Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
Milli Vəhdət Partiyası
Aydınlar Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Cümhuriyyət Xalq Partiyası
Müstəqil Xalq Partiyası
Milli Həmrəylik Partiyası
Azərbaycan Respublikaçılar Partiyası
Azərbaycan Təkamül Partiyası
Milli Demokrat İdrak Partiyası
Gələcək Azərbaycan Partiyası
Haqq-Ədalət Partiyası
Azərbaycan Yüksəliş Partiyası.
www.RIA24.az