“Gecə vaxtı şəhərlərə kütləvi itki və dağıdıcılığa hədəflənən raket zərbələri nümayişkaranə hədə-qorxu aksiyasıdır. Bunun bəraəti yoxdur”.
Bunu Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində mülki yaşayış yerlərini raket atəşinə tutmasına şərh verərkən deyib.
Целенаправленные ракетные удары по городам, ночью, в расчете на массовые жертвы и разрушения – это показательная акция устрашения. Оправданий этому нет.
— Игорь Коротченко (@i_korotchenko) October 16, 2020
Onun sözlərinə görə belə bir hücumda heç bir hərbi məqsədəuyğunluq yoxdur:
“Şəhərlərə raket zərbələri endirmək nəyə lazımdır? Bunda heç bir hərbi məqsədəuyğunluq yoxdur. İrəvan çox təhlükəli bir oyun oynayır. Əmri kim verib? Paşinyan? Ancaq o, özünü itirmiş kimi görünür… Tonoyan?”
Зачем наносить ракетные удары по городам? Никакой военной целесообразности в этом нет. Ереван играет в очень опасную игру. И кто отдал приказ? Пашинян? Но он выглядит растерянным… Тоноян?
— Игорь Коротченко (@i_korotchenko) October 16, 2020
İqor Korotçenko Vaşinqtonun bu məsələdə susqunluğundan da təəccüblü olduğunu bildirib:
“ABŞ-ın susması təəccüb doğurur, axı Paşinyan onların əlaltısıdır”, – deyə o, vurğulayıb.
Удивляет молчание США, ведь Пашинян – это их ставленник.
— Игорь Коротченко (@i_korotchenko) October 16, 2020