Hikmət Hacıyev: “Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır” – FOTO

Siyasət

Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərindən alır.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bir həftə bundan öncə və daha əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə xain hücum həyata keçirib:

“Onlar bu məqsədlə raketlərdən istifadə edirlər. Birinci dəfə olduğu kimi, bu dəfə də düşmən Gəncə şəhərini SCUD raketlərindən atəşə tutdu. Məqsəd kütləvi şəkildə dinc əhalinin ölümünə səbəb olmaqdır. Düşmən Gəncə sakinləri ilə yanaşı, Azərbaycan xalqı arasında təşviş yaratmağa çalışır. Amma ermənilər bu istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının qəti əzmi var və biz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirik.

Ermənilər mənfur cinayətlərini gizlətmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq, yalan məlumatlar yaymağa davam edirlər. Bu gün biz Azərbaycan Respublikasında akkreditasiya olunan səfirliklər əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələrinə, hərbi atteşelərə təşəkkür edirik. Onlar bizimlə birlikdə Ermənistanın xain və alçaqcasına, şərəfsizcəsinə Gəncədə törətdiyi cinayətlə yerində tanış oldular. Biz bir həftə əvvəl də bənzər faciə ilə Gəncəyə gəlmişdik. Beynəlxalq ictimaiyyət növbəti dəfə Gəncədə baş verən faciənin şahidi oldu. Onlar da bunu görür və öz ölkələrinə də bu barədə məlumat verəcəklər”.

H.Hacıyev eyni zamanda Gəncə sakinlərinə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın başsağlığı diləklərini çatdırıb, yaralananların tez zamanda şəfa tapmasını diləyib.

Fərdin İsazadə

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir