Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini bildirib.
Bu barədə o “Twitter” hesabında qeyd edib:
“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Britaniya-Azərbaycan əməkdaşlığını davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”.
Minaaşkarlayan itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə 🇬🇧-🇦🇿 əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq. @ANAMA_gov_az @UNDPAzerbaijan pic.twitter.com/KnYy9SrsUX
— James Sharp (@JamesSharpFCDO) August 17, 2022
www.RIA24.az