Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət

Bu ilin 17 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması halı olduğunu və bunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Nazir Mövlud Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb və həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Nazir Ceyhun Bayramov hər zaman Azərvaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir