Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib.
O, “Twitter” hesabında iki qardaş ölkənin bayraqlarını paylaşıb.
“Tək millət iki dövlət şuarı ilə Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Türkiyə və Azərbaycan əl-ələ, çiyin-çiyinə, qəlb-qəlbə hər cür təhdidə qarşı mübarizəyə davam edəcək.
Həm meydanda, həm masada haqqını və hüququnu heç kimə yedirtməyəcək”, – deyə o qeyd edib.