Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlu Azərbaycanın Müstəqillik Gününü təbrik edib.
“Twitter” hesabında video yerləşdirən Kılıçdaroğu bildirib ki, təkcə biz yox, bütün demokratik dünya Azərbaycanı dəstəkləməlidir.
O, işğal altındakı torpaqları uğrunda mübarizə aparan Azərbaycanı hörmət və sevgi ilə salamladığını deyib.
Kılıçdaroğlu qeyd edib ki, cənab İlham Əliyev Azərbaycanın erməni xalqına deyil, Ermənistan rəhbərliyinə qarşı mübarizə apardığını çox gözəl ifadə edib.
O, daima Azərbaycanın yanında olacaqlarını vurğulayıb.