Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verib – FOTO

Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Bu barədə Sahibə Qafarova öz “Twitter” hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, – Milli Məclisin sədri qeyd edib.

 

www.RIA24.az