Tunis məhkəməsi “Xelo” gəmisində tutulan iki azərbaycanlı haqqında qərar verdi

Siyasət

Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən “Xelo” gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. Gəminin yeddi nəfərlik heyət üzvündən iki nəfəri – Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu – Azərbaycan Respublikasının vətəndaşı olub. 

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

“Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb.

Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət ediliblər. Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb”, – deyə XİN-dən bildirib.

2022-ci ilin 10 avqustunda Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib.

2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər.

“Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir”, – deyə məlumatda qeyd olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir