Siyavuş Novruzov: “Gücümüzü xarici auditoriyaya yönəltməli, beynəlxalq aləmdə mövqeyimizi möhkəmləndirməliyik”

Siyasət

“Müharibə iki istiqamətdə gedir. Birincisi döyüş bölgələrində, ikincisi informasiya cəbhəsində”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, bu gün qarşıda duran əsas məqsəd beynəlxalq mediaya, beynəlxalq təşkilatlara çıxış, onlarla işləmək olmalıdır:

“Ölkə başçısı hər gün müxtəlif beynəlxalq televiziyalara müsahibələr verir. Hazırda daxili auditoriyada gücümüzü səfərbər etməyə ehtiyac yoxdur. Bu gün daxildə yekdilik. Bu gün biz Gürcüstana nümayəndə heyəti göndərməliyik, digər qrupu İrana göndərməliyik. Rusiyanın ayrı-ayrı telekanallarında müzakirələr aparıb, ictimai rəyi dəyişməyə çalışanlara qarşı Azərbaycanın ziyalılarını və ictimai fikrə təsir edən adamları çıxarmalıyıq, onları Rusiya telekanallarına göndərməliyik.

Elə bil bu gün Çingiz Abdullayevdən başqa Rusiya telekanallarına çıxacaq adam yoxdur. Biz var qüvvəmizi qoymalıyıq. Kimin gücü nəyə çatırsa, etməlidir. Biz beynəlxalq aləmdə mövqeyimizi möhkəmləndirməliyik. Bu gün vətənin səsini dünyaya çatdırmaq üçün istənilən addımı atmalıyıq. Həmkarlarıma müraciət edirəm ki, daxili auditoriya bizim haqq işimizi bizdən də yaxşı bilir, biz gücümüzü xarici auditoriyaya yönəltməliyik”.

Spiker Sahibə Qafarova da Siyavuş Novruzovun fikrini dəstəklədiyini bildirib:

“Hər birimiz xarici telekanallara müsahibələr verməliyik. Bu, çox vacibdir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir