Avqustun 24-də Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.
Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.
Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir:
“Ümidvarıq ki, gələcəkdə bu şirkətlərin sayı artacaq”.
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.
www.RIA24.az