“Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatında ifadə edib.
Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazır olduğunu deyən Kasım-Jomart Tokayev bildirib ki, bu gün onların hədiyyəsinin təqdimatı keçirildi və gələn ilin sonunadək Füzuli şəhərində Kurmanqazı adına incəsənət məktəbi tikiləcək.
www.RIA24.az