Bakıda fəaliyyət göstərən “Cafe AnderSon” kafesinin adının yazıldığı lövhə şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın ermənipərəst mövqeyinə görə sökülür.
Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
Qeyd edək ki, ötən gün şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirləri əsas gətirilərək, sözügedən brendin adından istifadə etməkdən imtina edilib.
Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar.
Xatırladaq ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib.