Dünyanın müxtəlif ölkələrinin vətəndaşları ortaq müraciət hazırlayıb və petisiya yaradıblar.
Onlar BMT-yə səslənərək Qarabağ haqqında beynəlxalq hüququn verdiyi qərarların yerinə yetirməsini tələb ediblər.
Müraciətdə deyilir:
“Biz hal-hazırda kağız üzərində mövcud olan, lakin 30 ildən çoxdur tətbiq olunmayan beynəlxalq qanunların etibarlılığına inanan dünya vətəndaşlarıyıq.
Düşünürük ki, bu qanunlara məhəl qoymamaq, hər hansı bir ölkənin cəzasız qalarkən qanunu görməzlikdən gələ və poza biləcəyi bir presedent yarada bilər.
Birləşmiş Millətlər Təşkilatının hərəkət etməsini tələb edirik.
Birləşmiş Millətlər Təşkilatından öz qərarlarının icrası istiqamətində qəti addımlar atmasını tələb edirik: 822; 853; 874; 884; 48/11; 60/285; 62/243 qətnamələri dərhal yerinə yetirilməlidir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məskənlərinə təcavüzünü dayandırmaq və Ermənistandan ölkənin işğal olunmuş ərazilərindən dərhal geri çəkilməsini tələb etmək üçün Birləşmiş Millətlər Təşkilatından qətiyyətli addımlar atmağı tələb edirik”.
Sözügedən petisiyaya buradan keçid edərək səs vermək olar.