Seyid Abbas Musəvi: “Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatı uğurlu regional təşəbbüsdür”

Siyasət

“Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 regional formatı region ölkələri üçün təşəbbüsləri əlaqəli şəkildə həyata keçirmək və addımları razılaşdırmaq baxımından əla imkandır”.

“Report” xəbər verir ki, bunu Şuşada İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Bu, çox uğurlu təşəbbüsdür. Növbəti görüşün ilin sonunadək İranda keçiriləcəyini gözləyirik”, – səfir deyib.

Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər ərazilərilə quru yolla birləşdirəcək dəhliz haqqında danışarkən diplomat deyib:

“Azərbaycanlı qardaşlarımızın İran ərazisindən keçməklə Naxçıvana səfər etməsinə kömək etmək üçün İran və Azərbaycanın mövcud dəhlizi inkişaf etdirməsi razılaşdırılıb.

“Biz dəmiryolu xəttinin tikintisi, əsasən də Qarabağda istehsal olunacaq elektrik enerjisinin ötürülməsi kommunikasiyalarının yaradılması haqqında razılığa gəlmişik. Bundan başqa, Araz çayı üzərində iki körpünün tikintisi nəzərdə tutulub”, – səfir eyib.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olması haqqında fikirləri şərh edən səfir bunun məntiqli olmadığını və İranın bu məsələyə mane olmadığını bildirib:

“Əslində, artıq 30 ilə yaxındır ki, Naxçıvan ilə gediş-gəlişi təmin edən dəhliz mövcuddur. Azərbaycan əhalisi və ölkədən göndərilən yüklər İran ərazisindən keçməklə Naxçıvana çatır. Bu, uzun illər belə olub və belə də davam edir.

Beynəlxalq münasibətlərdə, diplomatiyada əsaslandığımız vacib məqam budur ki, dövlətlərin milli maraqları digər qonşu dövlətlərin milli maraqları ilə ziddiyyət təşkil etməməlidir”, – səfir fikrini tamamlayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir