“Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir, bunu öz gözlərinlə görməlisən”.
Bunu “Report”a Avstraliyanın Ankaradakı səfirliyinin attaşesi polkovnik Bencamin Esler bildirib.
“Burada olmaqdan çox şadıq. Azərbaycanın apardığı tikinti-bərpa işlərinin miqyası heyrətamizdir. Ölkəniz tamamilə dağıdılmış şəhərləri və kəndləri bərpa edir. Azərbaycanın gələcək planları ilə tanış olmaq maraqlı olardı”, – Füzuli və Şuşaya səfərləri barədə təəssüratlarını bölüşən B.Esler qeyd edib.
B.Esler vurğulayıb ki, Avstraliya və Azərbaycan arasında kifayət qədər çoxşaxəli əməkdaşlıq qurulub:
“Bu münasibətləri yüksək qiymətləndirirəm”.
www.RIA24.az